Bakıda, Dənizkənarı Milli Parkın ərazisində Zeytun Festivalının rəsmi açılışı keçirilib. Bu barədə "Report" xəbər agentliyi məlumat yayıb.
Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov iştirak edərək müxtəlif istehsalçıların zeytun və zeytun məhsullarının təqdim olunduğu pavilyonlarla tanış olublar.
Festivalın əsas məqsədi ölkənin zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Oktyabrın 25-dək davam edəcək tədbir çərçivəsində əyləncəli proqramlar və konsertlər nəzərdə tutulub.