Bu yay rekord istidən 50 mindən çox insan ölüb

Avropada 2026-cı ilin yayı son 26 ilin ən ölümcül isti mövsümü olub. Alimlərin hesablamalarına görə, iyun-avqust aylarında 30 Avropa ölkəsinin 854 şəhərində yüksək temperaturla əlaqəli 50 391 ölüm baş verib.

Araşdırmaya əsasən, ölümlərin 32 619-u, yəni təxminən 65 faizi insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi ilə əlaqələndirilir.

Ən çox ölüm İtaliyada – 13 303 nəfər, Fransada – 7 268 nəfər, İspaniyada – 6 824 nəfər və Almaniyada – 6 340 nəfər qeydə alınıb.

İstilikdən ölənlərin təxminən yarısının yaşı 85-dən yuxarı olub. Bununla yanaşı, 20-44 yaş aralığında 800-dən çox insanın da yüksək temperaturla əlaqəli səbəblərdən öldüyü hesablanıb.

Alimlər bildirirlər ki, bu yay istiliklə əlaqəli ölüm göstəricisi 2022-ci ilin əvvəlki rekordunu da üstələyib. Həmin il Avropanın araşdırılan şəhərlərində təxminən 29 480 ölüm qeydə alınmışdı.

Qeyd edək ki, bu araşdırma Avropa əhalisinin təxminən 40 faizini əhatə edən şəhərlərdə aparılıb.