Silahlı qüvvələrimiz Səudiyyə Ərəbistanının Əl-Nəsr düşərgəsində və Yəmənin Ədən şəhərindəki dəniz bazasında cəmləşdiyi mövqelərə zərbə endirib.
Bu barədə husilərin sözçüsü Yəhya Səriya məlumat yayıb.
Onun sözlərinə görə, bu obyektlərdə qüvvələrin təliminə briqada generalı Bədr Salah əl-Hərbinin rəhbərlik etdiyi Səudiyyə zabitləri nəzarət edirdi:
"Bu birləşmələrin məqsədi Yəmən xalqına və onun silahlı qüvvələrinə hücum etmək idi".