"Kəpəz” “Şəfa”ya qalib gəldi

Misli Premyer Liqasında IX turun görüşləri davam edir.

Ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçı Sumqayıtda keçirilib. “Şəfa” “Kəpəz”lə üz-üzə gəlib.

Oyunda hesab ikinci yarıda açılıb. Meydan sahibləri fərqləniblər. Lakin qonaqlar geridönüşə imza atmağı bacarıblar. Gəncə təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.