Fransada atışmada ölən MMA döyüşçüsü imiş

Fransalı MMA döyüşçüsü Penqo Bossio Vanqi Trapp şəhərində baş verən atışma zamanı həyatını itirib.

Onun ölümü barədə ATCH Academy idman akademiyası sosial şəbəkələrdə məlumat yayıb.

Akademiya idmançının ailəsinə və yaxınlarına başsağlığı verərək onun həm tatamidə, həm də onun hüdudlarından kənarda ətrafındakılara nümunə olduğunu vurğulayıb.

Klub nümayəndələri hücum nəticəsində zərər çəkənlərin hamısına dəstəklərini də ifadə ediblər.

Xatırladaq ki, ötən gün Paris yaxınlığında baş verən silahlı insident zamanı 1 nəfər ölmüş, 5 nəfər isə xəsarət almışdı.