Paytaxtda bağçalardan birində uşaqların zorakılığa məruz qaldığı iddia olunur.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə şikayət daxil olub.
Kadrlar Badamdar qəsəbəsində yerləşən "EOS Junior" uşaq bağçasındandır.
Valideyn qeyd edib ki, bağçadakı uşaqlar kameralar olmayan otaqlara aparılaraq döyülür və onlara hədə-qorxu gəlinir.
Şikayətçi bildirib ki, bu zorakılığı məktəb direktoru edir.
Valideynin sözlərinə görə, uşaqları döyən bu qadın barədə bir neçə dəfələrlə şikayət edilib, lakin o hələ də uşaqları döyərək işləməyə davam edir.
Şikayətdə o da bildirilib ki, bağçadan çıxarılan uşaqlar hazırda pisixoloji dəstək alır.