Husilərin baza kimi istifadə etdiyi otel məhv edildi

Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri tərəfindən Taiz şəhərinin şərqində yerləşən və husilər tərəfindən komanda-idarəetmə mərkəzi kimi istifadə edilən “Sofitel” otelinə havadan zərbələr endirilib.

Bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Məcid Abdullah ən-Nəzzili məlumat yayıb.

O bildirib ki, hədəf alınan otel husilər tərəfindən mülki şəxslərə qarşı hücumlar təşkil etmək üçün istifadə edilirdi:

“Həmçinin otelin ərazisində tanklar və artilleriya bölmələri yerləşdirilmişdi. Hava hücumları nəticəsində komanda-idarəetmə mərkəzi sıradan çıxarıldı və husilərə məxsus iki tank məhv edildi”.