Gürcüstandan ilbiz ixracı artmaqda davam edir. Ölkə 2026-cı ilin ilk doqquz ayında xarici bazarlara 3 milyon dollar dəyərində 826 ton ilbiz satıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 75 faiz, dəyəri isə 67 faiz artıb.
Gürcüstan ilbizlərinin əsas ixrac bazarları Fransa və Türkiyədir. İxracın 71 faizi Fransanın, 29 faizi isə Türkiyənin payına düşür.
İlbizlər əsasən qida sənayesində istifadə olunur. Xüsusilə Fransada ilbiz ətindən hazırlanan eskargo adlı yemək məşhurdur. İlbiz əti müxtəlif souslarla, sarımsaq və kərə yağı ilə hazırlanaraq restoranlarda təqdim edilir. Bundan başqa, ilbiz seliyi kosmetika sənayesində də istifadə olunur. Onun əsasında dəriyə qulluq kremləri, serumlar və digər kosmetik vasitələr hazırlanır.
2025-ci ildə Gürcüstan xarici ölkələrə ümumilikdə 2,6 milyon dollar dəyərində 571 ton ilbiz ixrac edib.
Qeyd edək ki, Gürcüstandan Avropa İttifaqı bazarına ilbiz ixracına 2021-ci ilin dekabrından icazə verilib. İlk partiya isə 2022-ci ilin yazında Avropa bazarına göndərilib. (müsavat.com)