Bakıda kafedə Ceyhunu öldürən deputat Arzuxan Əlizadənin oğludur - FOTO

Bakıda ölümlə nəticələnən kütləvi dava zamanı Ceyhunu bıçaqlayaraq öldürən şəxs deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub.

Oxu.Az-a istinadən, bu, Əhmədin ilk cinayəti deyil. Bundan əvvəl də kriminal hadisələrdə onun adı hallanıb.

Qeyd edək ki, A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir.

Xatırladaq ki, hadisə "Ab-hava" restoranında qeydə alınıb.