Rusiya Atlantik okeanının şərq sahillərinə dizel yanacağı daşıyan ilk üç tankerini göndərib. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bəyan edib.
Novak bildirib ki, yanacaq daşıyan gəmilər Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) dəstəyi ilə yola düşüb.
Rusiya tərəfi dizel yanacağının ixracına qoyulan məhdudiyyətləri vaxtından əvvəl aradan qaldırmağa başladığını açıqlayıb. Planlaşdırılan tədarük həcmi oktyabr ayında 300 min ton, noyabrda 500 min ton, dekabrda isə 1 milyon ton təşkil edir. Məlumata görə, aylıq ixrac həcminin sonradan 3 milyon tona qədər artırılması nəzərdə tutulur.
Aleksandr Novak həmçinin Rusiya və ABŞ arasında dizel yanacağının çatdırılmasına dair razılaşmaların yekunlaşdırıldığını diqqətə çatdırıb.