1704-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1704-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 576 600 hərbçi, 12 444 ədəd tank, 25 600 ədəd zirehli döyüş maşını, 51 565 ədəd artilleriya sistemi, 2 232 (reaktiv yaylım atəş sistemi), 1 722 hava hücumundan müdafiə sistemi, 449 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 011 ədəd yerüstü robot-texnika kompleksi, 579 064 ədəd PUA, 166 501 ədəd avtomobil texnikası, 5 138 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 852 xüsusi avadanlıq itirib.