Filippində təlim təyyarələri qəza törətdi - Ölənlər VAR

Filippin Hərbi hava Qüvvələrinə məxsus iki təlim təyyarəsi qəzaya uğrayıb.

"Reuters"ə istinadla, nəticədə 4 pilot ölüb.

Bildirilib ki, hadisə Batanqas vilayətində yerləşən Fernando aviabazası ərazisində “SF-260” tipli təyyarələri havada toqquşub.

Faktla bağlı araşdırma aparılır.