Tayvanın şərq sahillərində 5 və 4,8 maqnitudalı iki zəlzələ baş verib.
Bu barədə Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 04:48 və 04:58-də qeydə alınıb.
Birinci zəlzələnin episentri Hualyan şəhərindən 31 km şərqdə dənizdə, ocağı isə 15,4 km dərinlikdə yerləşib.
İkinci zəlzələnin episentri həmin şəhərdən təxminən 30 km şərqdə, 16,6 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.