Rusiya Silahlı Qüvvələri "Çernomorsk" limanında ekipajsız katerlərin istehsalı sexini vurub.
Rusiya mediasına istinadən, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Bundan başqa, Qara dənizdə "Odessa" limanına hərbi yüklər daşıyan gəmiyə zərbə endirilib.
Rusiya Müdafiə Nazirliyindən qeyd ediblər ki, quru yük gəmilərinə və liman infrastrukturuna zərbələr oktyabrın 17-dən davam edir. Xüsusilə oktyabrın 23-də hərbçilər Odessa vilayətinin Vilkovo limanında ekipajsız kater operatorlarının dislokasiya məntəqələrinin, eləcə də belə gəmilərin dayanacağı və anbarının yerləşdiyi obyektlərə zərbələrin endirildiyini bildiriblər.