Sakit okeanda güclü zəlzələ: Sunami təhlükəsi elan olundu

Sakit okeanda, Vanuatu Respublikasına aid Espiritu-Santo adasının qərb sahilində 7.2 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən min nəfər əhalisi olan Sola şəhərindən 200 kilometr qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi tərəfindən sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.