Virciniya ştatının Riçmond şəhərində 64 yaşlı Terri Uord həyat yoldaşını rahatlıqla futbol izləyə bilməsi üçün stula yapışqanlı lentlə bağlayıb və zirzəmiyə salıb.
Xarici mediaya istinadən, polis həmin gecə Uordun evinə gəlib. Onlar qadının əllərində yapışqan lent izləri aşkar ediblər.
"Terri arvadını stula bağladığını və zirzəmidə 30-45 dəqiqə saxladığını etiraf edib", - zabitlərdən biri bildirib.
Ər indi 10 ilə qədər həbs cəzası və böyük cərimə ilə üzləşə bilər.