ABŞ Ukrayna üçün kəşfiyyat məlumatlarını azaldıb?

ABŞ-ın xüsusi xidmət orqanları Ağ Evin Ukrayna münaqişəsinin nizamlanması istiqamətində səylərini intensivləşdirməsinə baxmayaraq, Kiyevə göstərilən yardımın həcmini azaltmayıb.

Bu barədə “Atlantik” nəşri məlumat yayıb.

“ABŞ-ın təqdim etdiyi məlumatlar sayəsində Ukrayna Silahlı Qüvvələri Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirir. Amerikanın casus peykləri isə Rusiya raketləri və pilotsuz uçuş aparatları barədə əvvəlcədən xəbərdarlıq edir.

Baltikyanı ölkələrdən birində amerikalılarla sıx əməkdaşlıq edən kəşfiyyat əməkdaşlarından biri MKİ-nin əməliyyatlarının hazırda ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası dövrü ilə müqayisədə xeyli daha aqressiv xarakter aldığını bildirib”, — deyə nəşrdə qeyd olunub.