Fransa və BƏƏ “Rafale” layihəsini yenidən gündəmə gətirdi

Fransa və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) modernləşdirilmiş “Rafale” qırıcı təyyarəsinin birgə hazırlanması ilə bağlı planları yenidən müzakirəyə çıxarıb.

Bu barədə rəsmilər məlumat veriblər.

Bu ilin əvvəlində danışıqların dalana dirənməsindən sonra layihənin yenidən gündəmə gətirilməsi Fransa üçün əsas müdafiə proqramlarından birini irəli aparmaq imkanı yaradır.

Fransanın 2027-ci il büdcə layihəsində proqram üçün 3 milyard avro vəsait ayrılması nəzərdə tutulub. Fransa və Almaniyanın birgə hazırlamağı planlaşdırdığı yeni nəsil döyüş təyyarəsi proqramının bu ilin əvvəlində uğursuzluğa uğramasından sonra layihə Paris üçün yenidən prioritetə çevrilib.

Fransa Prezidenti Emmanuel Makron bu həftə regiona səfəri zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Tərəflər iki ölkə arasında strateji müdafiə əməkdaşlığının dərinləşdirilməsi barədə razılığa gəliblər.