Moskvanın hava məkanı tam bağlanıb

Moskvanın hava limanları yenidən bağlanıb.

AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-“Rosaviasiya” məlumat yayıb.

Bildirilib ki, Moskvanın Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo aeroportlarında təyyarələrin uçuş və enişinə yenidən məhdudiyyət tətbiq edilib.