“Mən indiyə qədər qarşı tərəf haqda bir kəlmə də söz demirdim. Susmuşdum. Məndən xahiş etmişdilər ki, tədbirə qədər danışma. Bir üzüm ağladı, bir üzüm güldü, amma söz verdiyim kimi susdum. Bilirsiniz ki, bugünlərdə Beynəlxalq Muğam Mərkəzində Aygün Bəylərin çox gözəl xatirə gününü qeyd etdilər. Tədbirin təşkilatçılarına, gələn qonaqlara və tamaşaçıların hər birinə öz təşəkkürümü bildirirəm. Tədbir başlayandan sona qədər mən ancaq ağladım. Yenə də danışmayacaqdım, amma Aygünün bacısı tədbirin keçirilməsinə etirazını bildirəndə artıq əlindən “boğaza yığıldım”
Bunu açıqlamasında Əməkdar artist Aygün Bəylərin bacısı, müğənni Zümrüd Hümmətova deyib.
O daha sonra əlavə edib:
“Xalası olan şəxs Aygünün övladından və onun adından istifadə edir, öz işlərini gördürür. Yalandan deyir ki, guya Aygünün qızı xatirə gecəsinin keçirilməsinə narazılıq edir, tədbirin təşkil olunmasını istəmir. Tədbirin təşkilatçıları qarşısında şərt qoyub deyirdi ki, Aygünün xatirə gecəsinə bilet satılmasın. Ya da deyirdi ki, “bilet satılırsa, Canana maddi yardım ayırsınlar”. Hər kəs bilir ki, yerin icarəsi var. Beynəlxalq Muğam Mərkəzi sadəcə bileti satıb, yer pulunu ödəyir. Qarşı tərəf tədbirin keçirilməsinə etiraz edirdi, amma mən canla-başla razılıq verdim. Sağ olsunlar, bir kəlmə ilə onlar bu tədbiri təşkil etdilər. Bu insan neçə aydır insanları hədələyir, camaatı şantaj edir. İmkan vermirdi tədbiri təşkil edək. Şükürlər olsun ki, artıq xatirə gecəsi baş tutdu. Xalası Aygünün qızını sənəd, ev və digər işlər üçün də aparır, istifadə edir. O özü bilər, amma Aygünün xatirə gecəsinə mane ola bilməzsən. Ola bilmədin də. Uşağın 17 yaşı var, mən 46. Uşaq məndən sonradır. Mənim ixtiyarım var ki, bacı kimi onun xatirə gecəsinin keçirilməsinə icazə verim”.
Zümrüd Hümmətova bacısının və Aygünün qızının xatirə gecəsinə dəvət olunmaması xəbərindən də danışıb:
“Tiktokda deyir ki, “Aygünün xatirə gecəsi keçirilir, qızının xəbəri yoxdur”. Bu ağ yalandır. Muğam Mərkəzindən Validə xanım və digər şəxslər Aynurun şəxsən özü ilə danışıblar. Onun üçün də, qızı üçün də dəvətnamə göndərmək istəyiblər, onlar deyiblər ki, “biz istəmirik”. Hətta onlara da tədbirin keçirilməsinə etirazlarını bildiriblər. Hətta Aynur onlara deyib ki, “vəkil tutmuşuq, onunla danışın”. Uşağı da öz yalanlarına alət edib. Onların davası mənimlədir. Elə bildilər ki, mən bileti satıb, pulu cibimə qoyuram. Əsla belə deyil. İstəsələr Beynəlxalq Muğam Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Bunların dərdi ancaq puldur. Uşağa heç bu proseslər maraqlı deyil. Xalası ortalığa düşüb uşağın adından danışır. Hətta televiziya kanallarından birinə də danışıb və daha sonra onları hədələyiblər ki, bu çəkilişi verməyin. Həmin kanal da çəkilişi efirə verməyib”.
Qeyd olunan iddialarla bağlı Aygün Bəylərin bacısı və qızının mövqeyini dərc etməyə hazırıq.