Taleh Kazımov onu direktor təyin etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinə yeni direktor təyin edilib.

Bu təyinatla əlaqədar AMB-nin sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.

Həmin əmrə uyğun olaraq, qeyd olunan vəzifə Məhəmməd Məhərrəmliyə tapşırılıb. O, avqust ayında vəzifəsini tərk etmiş Rüstəm Tahirovun yerinə bu posta gətirilib./unikal