Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda soyuducu anbarda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Report-a istinadən, hadisə rayonun İbadulla kəndində qeydə alınıb.
Məlkumata görə, kənddəki soyuducu anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.
Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova ölüb, Səidə Əsgər qızı Zamanova (1976) isə xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şərur rayon prokrorluğunda araşdırma aparılır.