Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Moskvanın bütün hava limanlarında uçuşlara məhdudiyyətlər qoyulub.
Bu barədə "Rosaviasiya"nın sözçüsü Artem Korenyako özünün teleqram kanalında məlumat yayıb.
Hazırda Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər qüvvədədir.
Moskva meri Sergey Sobyanin "Max" hesabında bildirib ki, Moskvaya doğru hərəkət edən 11 Ukrayna dronu hava hücumundan müdafiə sistemləri tərəfindən sıradan çıxarılıb.