Hörmətli cənab Prezident!

Azərbaycan xalqı və millətimizin rifahı üçün etdikləriniz və yorulmadan çalışmağınız bizim qəlbimizdə dərin iz buraxıb.

Sizin bu Vətən üçün etdiklərinizlə qürur duyur, çıxışlarınızı həyəcan və fəxrlə izləyirik.

Allahın bu millət və xalq üçün göndərdiyi ən böyük nemət Ulu öndərimiz və Sizsiniz. Vətənimizin ən dar günündə Ulu öndərin köməyimizə çatması ilə biz milli birliyə nail olduq.

Tanrı Sizi qorusun.

Dərin hörmətlə,

Abdullayev Nizami

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.