Yasamal rayonu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirildi

Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, BŞİH tərəfindən operativ tədbirlər görülüb.

"Qanunsuz müdaxilələr aradan qaldırılıb,piyada səkisinin zəbtinin qarşısı alınıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

BŞİH tərəfindən gələcəkdə də ərazidə monitorinqlər aparılacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək", - məlumatda qeyd olunub.