İtaliyanın Siciliya sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən Palermo şəhərindən 98 km şimal-şərqdə, ocağı isə 4 km dərinlikdə qeydə alınıb.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.