İran PA:

“İranın cənub limanlarının ABŞ tərəfindən mühasirəyə alınması nəticəsində ölkəyə idxal 25 faiz azalıb”.

Bunu İran Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi deyib.

O qeyd edib ki, işgüzar dairələr və istehsalçılar 15 qonşu ölkənin imkanlarından istifadə edərək alternativ ticarət marşrutlarını işə salıblar.

PA rəhbəri hazırkı şəraitdə hökumətin ilk vəzifəsinin İran silahlı qüvvələrinə dəstək vermək olduğunu bildirib.

“İqtisadiyyatın idarə olunması və mövcud təzyiqlər qarşısında əhalinin yaşayış şəraitinin yüngülləşdirilməsi hökumətin növbəti prioritetidir”, - Hacı Mirzayi əlavə edib.