Oktyabrın 23-də doğma yurduna yola salınan köç karvanları Xocavənd şəhərinə və rayonun Quzeyxırman, Xocavənd kəndlərinə və Hadrut qəsəbəsinə çatıb.
Bu mərhələdə Xocavənd şəhərinə 86 nəfərdən ibarət 24 ailəyə, Quzeyxırman kəndinə 53 nəfərdən ibarət 11 ailəyə, Xocavənd kəndinə 11 nəfərdən ibarət 3 ailəyə, Hadrut qəsəbəsinə 6 nəfərdən ibarət 2 ailəyə, Ağdərənin Heyvalı kəndinə 7 nəfərdən ibarət 2 ailəyə mənzillərinin açarları təqdim edilib.