Rusiya və Ukrayna aarasında mülki şəxslərin mübadiləsi həyata keçirilib. Altı ailə Rusiyaya, digər altı ailə isə Ukraynaya yola salınıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi Belarusun Qomel vilayətində yerləşən “Novaya Quta” sərhəd-keçid məntəqəsində həyata keçirilib.
Mübadilədən əvvəl həmin məntəqədə hər iki ölkənin ombudsmanları Yana Lantratova və Dmitri Lubinets görüşüblər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında mülki şəxslərin əvvəlki mübadiləsi sentyabrın 17-də baş tutub. Həmin vaxt üç nəfər Rusiyaya qayıdıb, 15 nəfər isə Ukraynaya yola salınıb. Əvvəlki mübadilə də eyni sərhəd-keçid məntəqəsində keçirilib.