SEPAH: ABŞ ordusu Hörmüz boğazından 700 kilometr uzaqlaşıb

“ABŞ qüvvələri artıq Bəsrə körfəzində mövcud deyil, gəmiləri Hörmüz boğazında görünmür”.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Əzmayi deyib.

O iddia edib ki, ABŞ qüvvələri Hörmüz boğazından 600-700 kilometr uzaqlaşıb: “ABŞ-nin artıq Hörmüz boğazında yeri yoxdur”.