Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

91 yaşlı britaniyalı aktrisa Cudi Denç görmə qabiliyyətinin pisləşməsi səbəbindən artıq filmlərdə çəkilə və səhnəyə çıxa bilmədiyini açıqlayıb.

Yaşla əlaqəli makula degenerasiyası diaqnozu 2012-ci ildə qoyulan aktrisa indi yazıları oxumaqda, hətta insanların üzünü tanımaqda çətinlik çəkir.

70 ildən artıq karyerası olan Denç bütün bunlara baxmayaraq, sevimli məşğuliyyətlərindən birinə — Uilyam Şekspirin sonetlərinə bağlılığını qoruyub saxlayır. “Aşiq olmuşam bu sonetlərə, onları çox sevirəm”, — deyə aktrisa bildirib.

Onun yeni xatirələr kitabının nəşri ərəfəsində verdiyi açıqlama dünya kinosunun ən tanınmış simalarından birinin həyatında yeni mərhələnin başlandığını göstərir.