“Nvidia” şirkətinin baş direktoru Censen Huanq Qazaxıstanı fiziki süni intellekt üzrə qlobal mərkəzə çevirməyi təklif edib.
Huanq Astanada Prezident Kasım-Jomart Tokayevlə görüşündə ölkənin zəngin enerji resurslarını və ixtisaslı kadr potensialını bu sahədə mühüm üstünlük kimi qiymətləndirib.
O, həmçinin “Firebird AI KZ Ltd”, “Kazakhtelecom” və Qazaxıstanın ilk texnoloji “təkbuynuzlu” şirkəti (bazar dəyəri 1 milyard ABŞ dollarına çatan və ya onu ötən, birjada səhmləri açıq şəkildə satılmayan özəl texnologiya şirkəti) “Higgsfield AI” ilə əməkdaşlığa toxunub.