Naibə Allahverdiyeva gecə xəstəxanaya yerləşdirilib

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsinə çağırış qeydə alınıb.

Təcili tibbi yardım briqadası tərəfindən Naibə Allahverdiyeva özəl tibb müəssisələrindən birinə hospitalizasiya olunub.

*** 09:28

Xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşib.

Axşam.az-a istinadən, o xəstəxanaya yerləşdirilib. Aktrisaya hipertonik kriz diaqnozu qoyulub.

N.Allahverdiyeva xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarətindədir.