Fransada baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700 nəfərə çatıb.
Bu barədə ədliyyə naziri Jerald Darmanen deyib.
“Şənbə günündən bəri 2700 nəfər saxlanılıb, onlardan 217-si barəsində isə həbs qətimkan tədbiri seçilib”, - nazir bildirib.
Qeyd edək ki, Fransada bir müddət öncə başlayan aksiyalar sürətlə genişlənib və iğtişaşlara çevrilib.