Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb

Fransada baş verən iğtişaşlarla əlaqədar saxlanılanların ümumi sayı 2 700 nəfərə çatıb.Bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen brifinqdə məlumat verib.

“Şənbə günündən bəri 2 700 nəfər saxlanılıb, onlardan 217-si barəsində həbs qətimkan tədbiri seçilib”, – nazir bildirib.

O qeyd edib ki, həbs edilənlərin yarısının əvvəllər məhkumluğu olmayıb.