Rusiyanın Qara dənizdə gəmilərə hücumları qlobal ərzaq təhlükəsizliyini təhdid edir

Rusiyanın Qara dənizdə gəmiçiliyə qarşı artan hücumları regional və qlobal ərzaq təhlükəsizliyinə təhlükə yaradır.

Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulesku ilə telefon danışığı zamanı bildirib.

Kallas və Nekulesku Qara dəniz regionunda NATO-nun mövcudluğunun gücləndirilməsi məsələsini müzakirə ediblər.

Tərəflər, həmçinin Qara dəniz Dəniz Təhlükəsizliyi Mərkəzinin mümkün qədər tez fəaliyyətə başlamasının vacibliyini vurğulayıblar.