Çinin Tibet Muxtar Rayonunda 7 maqnitudalı zəlzələ nəticəsində azı 16 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, rayonun Fövqəladə Halların İdarəetmə Mərkəzi fövqəladə vəziyyətlərə cavab tədbirlərinin ikinci səviyyəsini aktivləşdirib.
Hazırda bölgədə axtarış-xilasetmə işlərinin aparılması, zərərçəkənlərə tibbi yardım göstərilməsi, eləcə də əhalinin təhlükəsiz ərazilərə köçürülməsi və yerləşdirilməsi üçün müvafiq qurumlar arasında koordinasiya işləri görülür.