Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyənin Təminat Mərkəzi uşaqlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə 6 valentli vaksinlər alır.
Qurum bununla bağlı “Epidbiomed” MMC ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, şirkətə 8 milyon 334 min 340 manat ödəniş ediləcək.
Qeyd edək ki, layihə 2023–2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı çərçivəsində həyata keçirilir. (plat)