Tanınmış aparıcı: “Oxuyan uşaq “TikTok” və “Instagram”dan uzaq olur”

“Əlbəttə ki, bu qərar şagirdlərin daha çox təhsilə yönəlməsinə və elm öyrənməsinə xidmət edir”.

Bunu açıqlamasında tanınmış aparıcı Aytəkin Mərdanova deyib.

O, Azərbaycanda məktəblərdə “TikTok”a çıxışın məhdudlaşdırılması qərarı ilə bağlı fikirlərini bölüşüb:

“Əlbəttə ki, bu qərar şagirdlərin daha çox təhsilə yönəlməsinə və elm öyrənməsinə xidmət edir. Ümumiyyətlə, elm öyrənməyə və təhsilə maraq göstərən uşaq hər zaman sosial şəbəkələrdən – ‘TikTok’, ‘Instagram’dan uzaq olur. Çünki bütün zamanını oxumağa ayırır və internetdən istifadə etməyə vaxtı olmur. Amma oxumayan uşaqlar həmişə çalışırlar ki, təhsildən yayınıb kənarda hər hansı məşğuliyyət tapsınlar. Ona görə də uşaqları təhsilə yönləndirmək üçün bu qərarı müsbət qarşılayıram. Uşaq ilk növbədə bütün diqqətini, zamanını təhsilə, elm öyrənməyə ayırmalıdır və kənar təsirlərdən uzaq olmalıdır”.