ABŞ Kanadanı seçkilərə müdaxilədə ittiham edir

ABŞ Kanadanı noyabrın 3-də keçiriləcək aralıq seçkilərə müdaxilə etməkdə ittiham edib.

ABŞ-nin Ottavadakı səfirliyi yaydığı açıqlamada Kanada rəsmilərinin ABŞ seçkilərinə təsir göstərməyə çalışdığını iddia edib.

Açıqlamada Kanadanın sənaye naziri Melani Colinin ABŞ-nin demokrat siyasətçiləri ilə görüşləri və ABŞ ştatlarına qarşı əlavə tariflərlə bağlı bəyanatları qeyd olunub. Ontario əyalətinin baş naziri Duq Fordun ticarət sahəsində cavab tədbirləri ilə bağlı çağırışlarına da toxunulub.

Səfirlik, həmçinin Ontario hökumətinin reklam kampaniyasını tənqid edib. Kampaniyada ABŞ-nin sabiq prezidenti Ronald Reyqanın tarifləri tənqid etdiyi çıxışından parçalar istifadə olunub.

Açıqlamada ABŞ-də qanunsuz səs verməkdə ittiham olunan 11 Kanada vətəndaşından da bəhs edilib.