Əgər Rusiyaya sərt sanksiya tətbiq edilsə... - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı daha sərt sanksiyaların tərəfdarı olanları kəskin tənqid edib.

Bu barədə Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında deyib.

"İnsanlar deyirlər ki, sanksiyalar tətbiq edək. Əlbəttə ki, danışıqlar dərhal başa çatacaq. Ağlınızdan istifadə edin", - deyə o bildirib.