“Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır"

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycanın FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

O, bu barədə şəxsi “instaqram” hesabında paylaşım edib:

“Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır! Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"