Fridrix Merts: Almaniya qarşıdakı illərdə Qərbi Balkan regionunun inkişafına dəstək verəcək

Almaniya qarşıdakı illərdə Qərbi Balkan regionunun inkişafına dəstək verməyi və inteqrasiya prosesini daha da irəli aparmağı qətiyyətlə diqqət mərkəzində saxlayır.

Bunu Monteneqroda keçirilən Berlin Prosesi Liderlər Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Almaniya Kansleri Fridrix Merts deyib.

O, Berlin Prosesi formatının regional əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm platforma olduğunu qeyd edib:

"Bu format institutlar arasında sıx əlaqələrin qurulması və inteqrasiyanın dərinləşməsində əsas vasitədir. Biz bu istiqamətdə illərdir intensiv iş aparırıq. Yeni layihələr və regional tərəfdaşlıq xalqlar və ölkələr arasında qonşuluq münasibətlərinin inkişafı üçün müstəsna əhəmiyyətə malikdir".

F.Merts sammit çərçivəsində tərəfdaşlarla aparılan səmərəli dialoqu və gələcək birgə əməkdaşlığı yüksək qiymətləndirib.