Marçin Bosatski: Balkan ölkələri Aİ-yə inteqrasiya edilməsə, başqaları bu fürsətdən yararlanacaqlar

Balkan ölkələri Avropa İttifaqına inteqrasiya edilməsələr, başqaları bu fürsətdən yararlanacaqlar.

Bunu Monteneqroda keçirilən Berlin Prosesi Liderlər Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Polşa Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Marçin Bosatski deyib.

O, Polşa hökumətinin Qərbi Balkanların Avropaya inteqrasiyasına və genişlənmə prosesinə birmənalı dəstək verdiyini diqqətə çatdırıb:

"Polşa hökuməti adından bəyan etmək istəyirəm ki, biz Qərbi Balkanların inteqrasiyasını və Aİ-nin genişlənmə prosesini qətiyyətlə dəstəkləyirik. Əlbəttə, proses meyarlara və əldə olunan nəticələrə əsaslanmalı və mümkün qədər sürətlə aparılmalıdır".

M.Bosatski bu çərçivədə geosiyasi risklərə də toxunaraq Aİ-nin genişləndirilməsinin zəruriliyini vurğulayıb:

"Aİ anlamalıdır ki, əgər biz birliyə üzv olmaq üçün müraciət edən bu fərqli ölkələri inteqrasiya etməsək, başqaları bundan yaranacaq fürsətdən sui-istifadə edəcəklər. Avropa böyüdükcə daha da güclənəcək. Aİ açıq və birmənalı şəkildə əhatəli olmalıdır".