"Bank Respublika"dan sərfəli nağd kredit imkanı -"Payız fürsəti"

"Bank Respublika" müştərilərinə "Payız fürsəti" təklif edir

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. "Bank Respublika" bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti" təqdim edir.

Evdə çoxdan nəzərdə tutulan təmiri həyata keçirmək, məişət texnikasını yeniləmək və ya digər şəxsi ehtiyacları qarşılamaq - hər kəsin gerçəkləşdirmək istədiyi bir planı var. "Bank Respublika" sərfəli nağd kredit şərtləri ilə bu planları növbəti mövsümə təxirə salmadan həyata keçirmək üçün maliyyə dəstəyi təklif edir.

Belə ki, müştərilər illik minimum 10 % dərəcəsi ilə 50 000 manatadək nağd krediti 59 ayadək müddətə əldə edə biləcəklər. Təklif olunan 3 aylıq güzəşt müddəti isə müştərilərə planlarını həyata keçirərkən büdcələrini daha rahat tənzimləmək imkanı yaradır.

Payızın gətirdiyi yenilik əhvalını həyatınıza daşıyın. Evinizə rahatlıq, gündəlik həyatınıza yenilik qatmaq üçün düşündüklərinizi indi gerçəkləşdirin - arzularınızı gələn bahara saxlamayın!

"Payız fürsəti"ndən yararlanmaq üçün "Bank Respublika"nın istənilən filialına yaxınlaşa və ya bankın rəsmi saytından onlayn müraciət edə bilərsiniz.