Balkan regionunun təhlükəsizliyi Avropaya inteqrasiya xəttinin gücləndirilməsi ilə birbaşa bağlıdır.
Bunu Monteneqroda keçirilən Berlin Prosesi Liderlər Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Avropa məsələləri üzrə məsul nazir müavini Lord Stüart Vud (Lord Stewart Wood) deyib.
O, Berlin Prosesinin regional əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib:
"Berlin Prosesi bu region ölkələrini bütün Avropadakı dostları və tərəfdaşları ilə bir araya gətirən həyati əhəmiyyətli diplomatik platformadır və hökumətimizi burada təmsil etməkdən qürur duyuram. Ölkələr arasında və bütövlükdə Avropa İttifaqı məkanında dostluq və tərəfdaşlıq əlaqələrinin qurulması hər bir vətəndaşın rifahı üçün həlledici rol oynayır".
Britaniyalı nazir müavini sammit çərçivəsində aparılacaq müzakirələri və əldə olunacaq nəticələri səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.
"Avropa İttifaqının üzvü olmaya bilərik, lakin yaxşı bilirik ki, bu regionun təhlükəsizliyi və rifahı bölgə ölkələrinin Avropaya inteqrasiya xəttinin gücləndirilməsi ilə birbaşa bağlıdır", - deyə o vurğulayıb.