Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı oktyabrın 22-də sərəncam imzalayıb.
Qeyd edək ki, Elçin Yusubov bu vəzifəyə dövlət başçısının 7 mart 2024-cü il tarixli sərəncamı ilə təyin edilmişdi. O, vəzifədə iki il yeddi aydan çox çalışıb.