Yeməyinizin kalorisini öyrənmək, məşqə əvvəlcədən yer ayırmaq və yaxınlarınızla birlikdə daha fəal həyat sürmək artıq Push30 ilə daha rahatdır. Azərbaycanda şirkət əməkdaşlarına idman və sağlamlıq xidmətlərindən istifadə imkanı təqdim edən Push30 mobil tətbiqinə beş yeni funksiya əlavə edib.
Yeniliklər qidalanmanı izləməyə, məşqləri planlaşdırmağa, dostları və ailə üzvlərini Push30-a dəvət etməyə, həmçinin lazım olduqda abunəliyə fasilə verməyə imkan yaradır.
Kalori izləmə ilə yedikləriniz haqqında daha çox məlumat
Yeməyin şəklini çəkmək və ya nə yediyinizi yazmaq kifayətdir. Süni intellekt əsasında işləyən kalori izləmə funksiyası yeməyin təxmini kalorisini, tərkibindəki zülal, yağ və karbohidrat miqdarını göstərir.
Beləliklə, gün ərzində yediklərinizi bir yerdə qeyd edə, nə qədər kalori qəbul etdiyinizi izləyə və qidalanma vərdişlərinizi daha yaxşı anlaya bilərsiniz.
Məşqlərə əvvəlcədən yer ayırma
Yoqa, pilates və digər qrup məşqlərinə qatılmaq istəyənlər yerlərini tətbiqdən əvvəlcədən ayıra bilərlər. Bunun üçün uyğun məşqi seçmək, vaxtına və boş yerlərə baxmaq, sonra isə rezervasiyanı təsdiqləmək kifayətdir. Bu imkan gününüzü və məşq vaxtınızı əvvəlcədən planlaşdırmağa kömək edir.
Dostunu dəvət et və əlavə üstünlük qazan
Push30-dakı şəxsi dəvət keçidinizi dostunuzla paylaşa bilərsiniz. Dostunuz həmin keçid vasitəsilə abunəlik aldıqda, proqramın şərtlərinə uyğun olaraq əlavə üstünlük qazanırsınız. Bu üstünlüklər arasında bir aylıq pulsuz abunəlik də var. Sizə uyğun təklif və onun şərtləri tətbiqdə göstərilir.
Ailə üzvləri üçün ayrıca abunəlik
İşlədiyiniz şirkət vasitəsilə Push30-dan istifadə edirsinizsə, 18 yaşdan yuxarı ailə üzvlərinizi də platformaya qoşa bilərsiniz. Hər ailə üzvü üçün ayrıca abunəlik alınır. Bu imkan yaxınlarınızın da idman və sağlamlıq xidmətlərindən yararlanmasına, birlikdə daha fəal vaxt keçirməyinizə şərait yaradır.
Abunəliyə ehtiyacınız olduqda fasilə verin
Səfər, məzuniyyət və ya şəxsi planlar səbəbindən məşqə gedə bilmirsiniz? İllik abunəliyinizi müvəqqəti dayandıra, yəni dondura bilərsiniz. Bu imkandan ildə iki dəfə, ümumilikdə 30 günədək istifadə etmək mümkündür. Beləliklə, məşq planlarınızı gündəlik həyatınıza daha rahat uyğunlaşdıra bilərsiniz.
Yüzlərlə mərkəz və müxtəlif məşqlər bir tətbiqdə
Push30 Azərbaycanda 500-dən çox idman və sağlamlıq mərkəzini bir araya gətirir. İstifadəçilər fitnes, yoqa, pilates, üzgüçülük, boks, tennis, rəqs və digər fəaliyyətlər arasından seçim edə bilirlər.
Yeni funksiyalar bu seçimləri gündəlik həyatda daha rahat istifadə olunan imkanlarla tamamlayır. Yeniliklərlə tanış olmaq və abunəliyinizə uyğun istifadə şərtlərini öyrənmək üçün Push30 tətbiqinə daxil ola bilərsiniz.