İdman Akademiyasında kommunikasiya və ictimai nitq təlimi keçiriləcək

Azərbaycan İdman Akademiyasının Karyera inkişafı şöbəsinin təşkilatçılığı ilə “Özünü İfadə Et: Kommunikasiya və İctimai Nitq” adlı təlim keçiriləcək.

Təlim oktyabrın 27-də saat 13:30-da Azərbaycan İdman Akademiyasının konfrans zalında baş tutacaq.

Təlimçi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının PR meneceri Fidan Quluzadə olacaq. Təlim çərçivəsində iştirakçıların ünsiyyət bacarıqlarının inkişafı, fikirlərini daha aydın və təsirli ifadə etmələri, eləcə də ictimaiyyət qarşısında sərbəst çıxış etmək bacarıqlarının təkmilləşdirilməsi istiqamətində bilik və təcrübə əldə etmələri nəzərdə tutulur.

Təlim şəxsi inkişafına, kommunikasiya bacarıqlarının gücləndirilməsinə və ictimai nitq sahəsində biliklərini artırmağa maraq göstərən şəxslər üçün nəzərdə tutulub.

İştirak etmək istəyənlər afişada yerləşdirilən QR kod vasitəsilə qeydiyyatdan keçə bilərlər.