Ərəb İttifaqı, Səudiyyə Ərəbistanının şərqində 4 insanlı uçuş aparatının (İHA) mane olunaraq məhv edildiyini açıqladı.
Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına hücum nəticəsində bir nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
Bu barədə Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb. Məlumatda oktyabrın 21-də törədilən hücum zamanı həyatını itirən şəxsin xarici ölkə vətəndaşı olduğu bildirilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Bəyanatda hücumun hava limanına maddi ziyan vurduğu, dəymiş zərərin qiymətləndirilməsi işlərinin davam etdiyi vurğulanıb. Hücumun kimlər tərəfindən və necə həyata keçirildiyi barədə hələlik rəsmi məlumat verilməyib.
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanı rəhbərliyindəki Ərəb Koalisiyası isə ölkənin şərqində dörd pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini bəyan edib.
Qeyd edək ki, husilər 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra bölgələri ələ keçirdikdən sonra ölkədə vətəndaş müharibəsi başlayıb.